EN

Emin Mahmudov: Millinin bombardiri olmaq çox möhtəşəm hisdir

BAKI, 9 sentyabr. TELEQRAF
“Bir qol vurmaq üçün çox vaxt keçdi. Bir ildir o rekordu yeniləyə bilmirdim.Amma şükür, bu gün bunu bacardım”.
Teleqraf xəbər verir ki, bu sözləri yığmanın kapitanı Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda vurduğu tarixi qol barədə danışarkən deyib.

Yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla tarixi rekorda imza atmasınının onun üçün böyük qürur olduğunu deyib:
“İlk növbədə azarkeşlərə təşəkkür edirəm. İlk oyunda məğlub olmağımızaa baxmayaraq, bizə bu gün motivasiya verdilər. Millinin bombardiri olmaq çox möhtəşəm hisdir. Öz üzərimdə işləyirdim. Komanda yoldaşlarıma təşəkkür edirəm, onlar olmasaydı buna nail ola bilməzdim. Baş məşqçiyə təşəkkür edirəm, bizə çox dəstək oldu. Bir gün bizimlə işləməsinə baxmayaraq,bizə motivasiya verdi. Bir günə çpx şey dəyişmək olmaz. Bəzi taktiki şeylər dəyişdi, əsas da psixoloji olaraq özünəinamızı qaytardı. Ayxan müəllim bunu bacardı”.

Mahmudov yığmada yerli mütəxəssislə işləməyin daha rahat olduğunu bildirib: “Buna rəhbərlik qərar verir.Yerli məşqçilərlə daha rahatdır. Ayxan müəllim bizi tanıyırdı, ona görə yaxşı oldu. Yerli mütəxəssislə işləmək daha rahatdır”.

Qeyd edək ki, oyun 1-1 hesablə heç-heçə ilə başa çatıb. Mahmudov sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib. “Qarabağ”ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib. Emin Mahmudov 2016-cı ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 56-cı matçında 15 qola çatıb.

Chosen
60
3
teleqraf.com

4Sources