EN

Emin Mahmudov: “Çox əziyyət çəkmişdim bu rekordu qırmaq üçün”

“Çox möhtəşəm bir hissdir. Bu rekordu qırmaq üçün çox əziyyət çəkmişdim”.

Bu sözləri Apasport.az saytına açıqlamasında “Neftçi” və Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov deyib.

O, komanda yoldaşlarına təşəkkür edib:

“Komanda yoldaşlarıma minnətdaram. Onların köməyi olmasaydı, millinin heyətində ən çox qol vuran oyunçu ola bilməzdim”.

Yarımmüdafiəçi baş məşqçi Ayxan Abbasovun komandaya təsirini də dəyərləndirib:

“Bir günə çox şey dəyişə bilməzdi, amma bizə motivasiya və psixoloji baxımdan böyük dəstək verdi”.

Emin Mahmudov həmçinin Ayxan Abbasovun komanda da qalmasını istədiyini bildirib:

“Ayxan Abbasovun millidə qalmasını istəyərəm. Onun gəlişindən sonra komandada ruh yüksəkliyi yarandı. Komandadan göndərilən baş məşqçilər barədə danışmaq istəmirəm, amma hesab edirəm ki, yığmaya yerli məşqçinin rəhbərlik etməsi daha yaxşı olar”.

Millimizin sabiq futbolçusu I liqa klubunda - RƏSMİ

Branimir Subaşiç: "Azarkeşlərin buna ehtiyacı var"

AFFA II Liqa klublarını cəzalandırıb

Azərbaycan Kubokunda püşkatma mərasiminin vaxtı müəyyənləşib

Millimiz Polşaya böyük hesabla məğlub olub

Chosen
17
1
apasport.az

6Sources