EN

BMT Dohaya hücumu pislədi

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin HƏMAS-ın Dohadakı qərargahına hücumunu pisləyib.

"Unikal"ın məlumatına görə, Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında mətbuat konfransında jurnalistlərə açıqlamasında bu barədə danışıb.

“Biz İsrailin Qətərə hücumları haqqında yenicə öyrənirik. Bu ölkə atəşkəs və bütün girovların azad edilməsində çox müsbət rol oynayır. Mən Qətərin suverenliyi və ərazi bütövlüyünün belə kobud şəkildə pozulmasını pisləyirəm. Bütün tərəflər daimi atəşkəsə nail olmaq üçün çalışmalıdır”, - deyə BMT Baş katibi əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
54
14
unikal.az

10Sources