“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal gələcək karyerası barədə danışıb.
90deqiqe.Az-ın “Resonancia de Corazon"a istinadən yaydığı məlumata görə, 18 yaşlı futbolçu məqsədinin bir yox, bir neçə "Qızıl Top" qazanmaq olduğunu bildirib.
“Dostlarıma demişəm ki, mən yalnız bir "Qızıl Top" qazanmaq barədə xəyallar qurmuram, məqsədim bir neçəsini qazanmaqdır. Mən buna qadir futbolçuyam. Əgər bunu bacarmasam, deməli, ya düzgün qərar verməmişəm, ya da buna yetərincə istək göstərməmişəm. Arzum odur ki, çoxlu Qızıl Topum olsun. Həmin gün gəldikdə çox xoşbəxt olacağam, amma eyni zamanda komandamla daha çox qələbə qazanmaq istəyirəm”
Qeyd edək ki, gənc futbolçu ötən mövsümün nəticələrinə görə bu mükafat üçün namizədlər siyahısına daxil edilib.