EN

Rusiya Ukraynada milyardlar itirir, Kabayeva isə milyonlar qazanır

Müharibə və sanksiyalar səbəbilə Rusiyanın qeyri-rəsmi birinci ledisi olaraq adlandırılan deyilən Alina Kabayeva bəzi vərdişlərini dəyişib, lakin hələ də təbliğatçı media resurslarından böyük gəlirlər əldə edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müstəqil jurnalistləri məlumatr yayıblat

Verilən xəbərlərə görə, qeyri-rəsmi birinci ledi olaraq tanınan Kabayevanın gəlirləri yüksəlməkdə davam edir: 2025-ci ildə o, idarə heyətinə rəhbərlik etdiyi “Milli Media Qrupu”ndan (NMG) 520 milyon rubl (təxminən 6 milyon 205 min dollar) qazanıb. Bu rəqəm 2024-cü ildəki 450 milyon rubldan və 2023-cü ildəki 375 milyon rubldan çoxdur. Beləliklə, üç ildə Kabayeva 1,3 milyard rubldan artıq (15 milyon 513 min dollar) gəlir əldə edib. Bu məlumatlar Rusiya Federal Vergi Xidmətindəki mənbədən əldə edilən sənədlərə əsaslanır.

Kabayeva yığdığı pulları sürətlə artırır. Keçmiş gimnast vəsaitlərini “Rossiya” səhmdar bankında saxlayır – bu bank “Putinin dostlarının bankı” kimi tanınır. 2025-ci ilin yanvarına olan məlumata görə, Kabayevanın bu bankdakı əmanəti 1,6 milyard rubl (19 milyon dollar) təşkil edib. Pul 21% illik faiz dərəcəsi ilə yerləşdirilib. Bu isə o deməkdir ki, Kabayeva yalnız faizlərdən ildə 325 milyon rubl (3 milyon 818 min dollar) qazanacaq.

Verilən məlumatlara əsasən Kabayeva pullarını əsasən dəbdəbəli geyimlərə xərcləyir. İctimaiyyət qarşısına çıxarkən o, məsələn, amerikalı Proenza Schouler brendinin kostyumlarını geyinir: pantalon 1,2 min avro, pencəyi isə 2 min avrodur. Şagirdlərinin məşqlərinə isə o, italyan Brunello Cucinelli markasının 2 min dollarlıq idman ayaqqabılarını geyinərək gəlir. Rus brendləri arasında isə Kabayeva Ulyana Sergeyenkonu üstün tutur: yaxınlarda o, İqor Seçinin keçmiş sevgilisinə məxsus moda evinin 250 min rublluq çantası ilə görünüb.

Sanksiyalar Kabayevanın sevimli hobbisinə – səyahətlərinə ciddi təsir göstərib. Müharibədən əvvəl o, tez-tez Avropa ölkələrinə uçur, biznes-jetlər (məsələn, Challenger və Cessna) icarəyə götürürdü. Belə uçuşların qiyməti bəzən 2 milyon rubla çatırmış. Kabayeva Milana, Münhenə və Luqano şəhərinə tez-tez gedib. Deyilən görə o, ilk oğlunu da məhz Luqanoda dünyaya gətirmişdi. Amma indi onun səfərləri yalnız MDB və Asiya ölkələri ilə məhdudlaşır.

Musavat.com

 

Chosen
47
musavat.com

1Sources