Türkiyənin "Fənərbağça" klubu yeni baş məşqçisini açıqlayıb. 


Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


"Sarı-lacıvərdlilər" Domeniko Tedesko ilə 2 illik anlaşıb. Artıq italiyalı mütəxəssisin köməkçilərindən biri məlumdur. Bu, uzun illər Türkiyə yığmasının və "Fənərbağça"nın formasını geyinmiş Gökan Gönüldür.


40 yaşlı mütəxəssis son olaraq Belçika seçməsini (2023-2025) çalışdırıb.


Tedesko yeni komandasında Joze Mourinyonu əvəz edib.