EN

Məktəblərdə telefon qadağan edilir?

İsveç hökuməti 2026-cı ildən etibarən ibtidai və orta məktəblərdə ağıllı mobil telefonların istifadəsini qadağan etmək qərarı verib.

"Cebheinfo.az" xəbər verir ki, İsveçin Təhsil naziri Simona Mohamsson İsveçin rəsmi radiosu SR-yə verdiyi açıqlamada, ölkə üzrə ibtidai, orta və lisey səviyyəsindəki məktəblərdə 2026-cı ildən başlayaraq ağıllı telefonların istifadəsinin qadağan ediləcəyini bildirib.

Mohamsson qərarın 2026-cı ildə qüvvəyə minəcəyini və qadağanın tənəffüslər zamanı da tətbiq olunacağını qeyd edib.

Nazir hökumətin bu təşəbbüsü həyata keçirmək üçün 10 milyon dollar büdcə ayırdığını vurğulayaraq deyib:

“Şagirdlər “TikTok”-da vaxt itirmək əvəzinə, tənəffüslərdə dostları ilə vaxt keçirməyi və ya futbol oynamağı öyrənməlidirlər”.

Chosen
19
cebheinfo.az

1Sources