EN

İsrail Qətərə raket zərbələri endirdi –HƏMAS lideri öldürüldü

Qətərin paytaxtı Dohada bir neçə partlayış qeydə alınıb.

Bu barədə “Reuters“ məlumat yayıb.

Dohada 10-dan çox partlayışın baş verdiyi deyilir.

Məlumatlara görə, İsrail HAMAS hərəkatının liderlərindən birini zərərsizləşdirmək üçün Dohaya zərbə endirib.

İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet (ISA-İsrailin daxili təhlükəsizlik agentliyi) birgə bəyanat yayıb.

Bəyanatda deyilir ki, “HAMAS terror təşkilatının yüksək rəhbərliyinin olduğu yerə dəqiq zərbə endirilib”.

“İllərdir HAMAS rəhbərliyinin bu üzvləri terror təşkilatının əməliyyatlarına rəhbərlik edir, 7 oktyabr qırğınına görə birbaşa məsuliyyət daşıyır və İsrail dövlətinə qarşı müharibə təşkil edir və ona rəhbərlik edirdilər.

Zərbədən əvvəl mülki əhaliyə dəyən zərərin azaldılması, o cümlədən yüksək dəqiqlikli döyüş sursatlarının istifadəsi və əlavə kəşfiyyat məlumatlarının alınması üçün tədbirlər görülüb.

İsrail Müdafiə Qüvvələri və ISA 7 oktyabrda kütləvi qətldən məsul olan HAMAS terror təşkilatını məğlub etmək üçün qətiyyətlə hərəkət etməyə davam edəcək”, – bəyanatda deyilir.

İsrailin Dohaya endirdiyi zərbə nəticəsində HAMAS lideri Xəlil əl-Hayya öldürülüb.

Bu barədə “Əl-ərəbiyyə” telekanalı məlumat yayıb.

Hadisə yerində Xalid Məşal, Məhəmməd Darviş, Razi Hamad və İzzət əl-Rişkin olduğu bildirilir.

AzPost.az

Chosen
49
2
azpost.info

10Sources