EN

Hesablama Palatası: 2024-cü ildə dövlət satınalmalarda ciddi qiymət fərqləri aşkar edilib

BAKI, 9 sentyabr. TELEQRAF

Ötən ilkeçirilmiş dövlət satınalmaları üzrə təhlillər ciddi qiymət fərqlərini və bir sıra satınalmanın ləğv edilməsini üzə çıxarıb.

Teleqraf xəbər verir ki, Hesablama Palatasına istinadən xəbər veir ki,ümumilikdə 1545 satınalma üzrə yekun protokol qiyməti ehtimal olunan qiymətdən 20-30% az olub. Bu kateqoriyaya daxil olan müqavilələrin ümumi məbləği 533,6 milyon manat, qiymət fərqi isə 172,1 milyon manat təşkil edib.

1133 satınalma üzrə fərq 30-40% arasında dəyişib. Bu hallarda bağlanmış müqavilələrin dəyəri 221,4 milyon manat, qiymət fərqi isə 111,3 milyon manat olub.

Daha yüksək fərq 755 satınalma üzrə müşahidə olunub. Burada 40-50% qiymət fərqi qeydə alınıb. Bu müqavilələrin ümumi dəyəri 64,2 milyon manat, qənaət edilən məbləğ isə 50,8 milyon manat təşkil edib.

Ən böyük fərq isə 796 satınalma müqaviləsində qeydə alınıb – burada qiymət ehtimal olunan dəyərdən 50%-dən çox aşağı olub. Maraqlıdır ki, bu müqavilələrin ümumi dəyəri cəmi 42,6 milyon manat olsa da, qənaət edilən məbləğ 83,4 milyon manata çatıb. Bu isə ehtimal olunan qiymətin demək olar ki, ikiqatı qədər qənaət deməkdir.

Bundan əlavə, 2024-cü ildə 2259 satınalma ləğv olunub ki, bu da ümumi müsabiqə əsaslı satınalmaların 23%-ni təşkil edir. Ləğv olunan bu satınalmalar üzrə ehtimal olunan dəyər 750 milyon manat olub. Bu, baş tutmuş satınalmaların ümumi ehtimal olunan qiymətinin 14,4%-nə bərabərdir.

Chosen
31
16
teleqraf.com

10Sources