EN

Sabiq VotsApp əməkdaşı Meta-nı məhkəyə verdi

Sabiq VotsApp əməkdaşı Meta-nı məhkəyə verdi

VotsApp-ın sabiq təhlükəsizlik rəhbəri tətbiqin milyardlarla istifadəçisini riskə atan təhlükəsizlik və məxfilik boşluqlarının məsul şəxslər tərəfindən nəzərə alınmadığı səbəbi ilə şirkətə qarşı iddia qaldırıb.

New York Times qəzetinin xəbərinə görə, VotsApp-ın sabiq təhlükəsizlik rəhbəri Attaullah Baiq kiber təhlükəsizliklə bağlı narahatlıqlar səbəbi ilə tez-tez gündəmə gələn Meta şirkətinə qarşı bəzi iddialarla məhkəməyə müraciət edib.

Baiq Kaliforniya Şimal Dairəsi Məhkəməsinə verdiyi şikayət ərizəsində şirkəti milyardlarla VotsApp istifadəçisini riskə atan təhlükəsizlik və məxfilik boşluqları qarşısında zəruri tədbirlər görməməkdə ittiham edib.

Baiq minlərlə şirkət əməkdaşının VotsApp istifadəçilərinin həssas məlumatlarına çıxışı ola biləcəyini bildirib və əlavə edib ki, Meta hər gün 100 mindən çox hesabın hədəf alındığı kiber hücumlara qarşı da yetərincə tədbir görmür.

Baiq yoxlamalar zamanı aşkar etdiyi təhlükəsizlik boşluqları barədə şirkətin rəhbərliyi, o cümlədən CEO Mark Zükerberqi xəbərdar etdiyini, lakin fevralda bu addımına cavab tədbiri kimi işdən çıxarıldığını iddia edib.

Meta-nın sözçüsü isə məsələ ilə bağlı açıqlamasında iddiaları “aşağı performans səbəbi ilə işdən çıxarılan sabiq əməkdaşın, komandamızın gərgin çalışmalarını yanlış təqdim edən iddiaları” kimi qiymətləndirərək rədd edib.

Chosen
10
afn.az

1Sources