EN

"Harri Potter" filmlərinin tərtibatçı-rəssamı vəfat edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Harri Potter" filmlərinin tərtibatçı-rəssamı, "Oskar" mükafatı laureatı, britaniyalı prodüser Stüart Kreyq vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə onun həmkarı Neyl Lamont özünün "Facebook" hesabında məlumat verib.
Stüart Kreyq haqqında xatirələrini bölüşən həmkarı onu səxavətli, ətrafındakılara dəstək olmağa can atan insan kim xarakterizə edib.
"Əminəm ki, kimə "Ən çox hansı rəssamla işləmək istərdiniz?" sualını ünvanlasaydınız, cavab 100% Stüart Kreyq olacaqdı", - deyə N.Lamont yazıb.
Məlumatda, həmçinin qeyd olunub ki, Stüart Kreyq Parkinson xəstəliyi ilə uzun sürən mübarizədən sonra 83 yaşında vəfat edib.
Chosen
81
37
oxu.az

10Sources