EN

Qələbəyə gedən yolun başlanğıcı: 27 Sentyabr - MƏQALƏ

Azərbaycan tarixinin şanlı səhifələrindən biri 27 sentyabr 2020-ci ildə yazıldı. Azərbaycan tarixinin şanlı səhifələrindən biri 27 sentyabr 2020-ci ildə yazıldı. Məhz həmin gün xalqımız torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdı və 44 günlük Vətən müharibəsinə başladı. Bu tarix xalqımızın yaddaşına həm hüzn, həm də qəhrəmanlıq günü kimi yazılıb.

Məhz bu tarixdə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun rəşadəti, xalqımızın birliyi və şəhidlərimizin misilsiz fədakarlığı ilə nəticələnərək, torpaqlarımızın işğaldan azad olunması ilə başa çatdı. Biz təkcə şəhidlərimizi anmırıq, həm də onların canı, qanı bahasına əldə etdiyimiz Zəfəri, dövlətimizin qüdrətini, xalqımızın birliyini yad edirik.

27 sentyabr artıq hər bir azərbaycanlının yaddaşında qəhrəmanlıq, qürur və eyni zamanda hüzn günü kimi yaşayır. Çünki biz torpaqlarımızın bütövlüyü naminə şəhid verdik, igid oğul və qızlarımızı itirdik. Amma onların göstərdiyi şücaət sayəsində dövlətimizin gücü daha da artdı, xalqımızın milli iradəsinin sarsılmaz olduğu sübut edildi.

Bu gün dövlətimiz şəhidlərimizin ruhunu uca tutaraq onların ailələrinə xüsusi diqqət və qayğı göstərir. Hər bir şəhid ailəsi və qazilərimiz bizim üçün müqəddəsdir. Çünki bu torpaq, bu azadlıq və bu müstəqillik onların fədakarlığının nəticəsidir.

Prezidentimizin rəhbərliyi ilə Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində həm hərbi, həm siyasi, həm də mənəvi sahədə gücünü bütün dünyaya göstərdi. Ordumuzun qələbəsi bir daha sübut etdi ki, xalq və dövlət bir olduqda qarşısında heç bir güc dayana bilməz.

Beləliklə, Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü və xalqımızın birliyi sahəsində Azərbaycan uzun illər düşmən işğalı altında olan torpaqları azad etdi və Azərbaycan bununla da həm regionda, həm də dünyada yeni reallıqlar yaratmış oldu.

27 sentyabr Anım günü hər birimizi Vətən sevgisinə, dövlətə sədaqətə, şəhidlərimizin ruhuna ehtirama səsləyir. Bu gün biz onların müqəddəs xatirəsi qarşısında baş əyir və söz veririk ki, Azərbaycanın müstəqilliyi və bütövlüyü hər zaman qorunacaq. Çünki Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi iradəsinin, xalqın birliyinin təntənəsinin rəmzidir.

Bu gün biz torpaqlarımızı canı bahasına müdafiə edən şəhidlərimizin müqəddəs xatirəsini dərin hörmət və ehtiramla anırıq. Qəhrəman əsgər və zabitlərimizin göstərdiyi şücaət, onların döyüş meydanında yazdığı tarix daim yaddaşlarda yaşayacaq. 27 sentyabr – yalnız müharibənin başlandığı gün deyil, həm də Azərbaycanın gücünün, mübarizə ruhunun simvoludur.

Manaf Talıbov
Səbail bələdiyyəsi
Yerli büdcə məsələləri üzr daimi komissiyanın sədri

Chosen
61
operativmedia.az

1Sources