“Səbail” 2025/26 mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi ötən mövsümü “Şamaxı”da keçirmiş Fəxri Məmmədlinin transfer edib. 19 yaşlı yarımmüdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Səbail" bu mövsüm 1-ci liqada çıxış edəcək. Komanda ilk oyununu sentyabrın 12-də evdə "Mingəçevir"ə qarşı keçirəcək.