EN

Pakistanda sel 120 min insanı didərgin salıb | FOTOLAR

Pəncab əyalətinin Fəlakətlərin İdarəsi Təşkilatının baş direktoru İrfan Əli Kathiya yerli mətbuataaçıqlamasındasöyləyib ki, təkcə Cəlalpur-Pirvala şəhərinin 122 min nəfər sakini öz yurd-yuvasından didərgin düşüb. Onların bir qismi yaxınlarının evlərinə sığınıb, digər qismi isə yardım düşərgələrində məskunlaşıb.

"Ümumiyyətlə, Pəncabda sel və daşqın səbəbi ilə keçən aydan bəri 2,2 milyon insan evindən köçmək məcburiyyətində qalıb. 3 min 900-dən çox kəndi su basıb. Azı 61 nəfər həyatını itirib",– direktor vurğulayıb.

Pakistanın Fəlakətlərin İdarəsi üzrə Milli Təşkilatının məlumatına əsasən, 26 iyundan bəri başlayan musson yağışları nəticəsindəölənlərin sayı ümumilikdə 910-a çatıb.Bu hadisə ölkədə 2022-ci ildən bəri baş vermiş ən böyük daşqın fəlakəti sayılır.

Firudin Həmidli
AzVision.az

Qalereya


Chosen
19
2
azvision.az

3Sources