Putin ilin sonuna qədər Donbassı almaq istəyir, bu, Rusiyaya iki və ya üç milyon insanın həyatına başa gələcək.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABC News-a müsahibədə deyib.
“O (Putin), amerikalılara, Ağ Evə və Prezident Trampın nümayəndəsi Uitkoffa Donbassı ilin sonuna qədər maksimum iki-üç ayda alacağını söyləyib”, - Zelenski bildirib.
Zelenski bu informasiyanın mənbəyini açıqlamayıb.