EN

Zelenski: Putinin hazırda zəif vəziyyətdədir

Vladimir Zelenski Vladimir Putinin hazırda zəif vəziyyətdə olduğunu və ona təzyiqin artırılmasının lazım olduğunu düşünür.

XəzərNews.az xəbər verir ki, o, YouTube-da yayyımlanan ABC telekanalına müsahibəsində belə deyib.

Zelenskinin bəyanatı ABŞ prezidenti Donald Trampın Putinlə Alyaskadakı sammitinin müzakirəsi kontekstində səslənib. O qeyd edib ki, Kreml lideri bir neçə ildir ABŞ və Avropa ilə oyun oynayır, cəzasız qalmağa çalışır və buna son qoyulmalıdır.

"Düşünürəm ki, Putin əslində zəif vəziyyətdədir. Onun ordusu yorulub, insanları səfərbər etməkdən qorxur, müqavilələri var və böyük pullar ödəyir. Düşünürəm ki, biz addım-addım, sakit və tədrici şəkildə onun mənəviyyatını yüksəltməyə imkan verən bütün imkanları kəsməliyik", - Zelenski bildirib.

Ukrayna prezidenti Putinə ciddi təzyiqin vacibliyini vurğulayıb.

"O, sabah nə edəcəyini düşünməlidir, amma sabah nə edəcəyini düşünmür, bu gün yaxşıdır. Ona görə də təzyiqlər yetərli deyil. O, Çində çoxlu görüşlər keçirdi, məncə, bu, ABŞ-a siqnal idi", - Zelenski qeyd edib.

Xəbər 3 dəfə oxunub.
Chosen
75
xezernews.az

1Sources