EN

51 yaşlı qadın xəstəxanalıq oldu - Qonşular dalaşdı

Lənkəranda qonşular arasında dava bir nəfərin xəsarət alması ilə nəticələnib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Türkəkəran kəndində qeydə alınıb. Qonşular arasında yaranan mübahisə zamanı kənd sakini 1974-cü il təvəllüdlü Mələk Nəsirovanın Nərminə Əliyevanın hücumuna məruz qaldığı bildirilir. Baş və üz nahiyəsindən xəsarət alan M.Nəsirova xəstəxanaya çatdırılıb.

N.Əliyeva isə M.Nəsirovanın ona hücum etdiyini iddia edib.

M.Nəsirova fiziki qüsurludur, birinci qrup əlildir.

Chosen
47
6
redaktor.az

3Sources