EN

Sumqayıt Bakı istiqamətində yol bir saat bağlı olub SƏBƏB

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Sumqayıt-Bakı istiqamətində yol bir saata yaxın bağlı qalıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntülər yayımlanıb.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Qeyd olunub ki, yolun Ceyranbatandan keçən hissəsindən Bakı istiqamətində avtomobillərin hərəkəti tamamilə dayandırılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yol açılıb.

"Ərazidə yüngül yol-nəqliyyat hadisəsi baş vermişdi. Sürücülər avtomobillərini kənara çəkmədikləri üçün bu cür hal yaşanıb. Hazırda yol açılıb, hərəkət normal qaydada təşkil olunub",- deyə açıqlamada bildirilir.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
oxu.az

1Sources