EN

Bakı metrosu üçün yeni qatarlar istehsal olunur - RƏSMİ

Bakı Metropoliteninin parkında olan qatarların sayı uzun müddətdir ictimaiyyət arasında müzakirə mövzusudur.

Sərnişin sıxlığı, xətlərin genişləndirilməsi planları və yeni stansiyaların açılması ilə bağlı tələbat fonunda mövcud qatarların sayı tez-tez gündəmə gətirilir.

Maraqlıdır ki, son illərdə alınan yeni qatarların sayı nə qədərdir və daha neçə qatar gətirilməsi planlaşdırılır? pizza hut

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Bakı Metropoliteni qatar parkının müasirləşdirilməsi istiqamətində işlərini davam etdirir:

"Hazırda vaqon parkında 30 yeni nəsil qatar tərkibi istismar olunur. 2025-ci ildə alınması nəzərdə tutulmuş 4 qatar tərkibi artıq "Xocəsən" elektrik deposunda komplektləşdirmə və sazlama işlərinə cəlb edilib. Lakin istehsalçı ilə əldə olunmuş razılığa əsasən, Bakı metropoliteni üçün hər biri 5 vaqondan ibarət 2 qatar tərkibi də istehsal olunur. Həmin qatar tərkibləri də ilin sonuna qədər Bakıya gətirilərək, müvafiq komplektləşdirmə işlərinə cəlb ediləcək. Bununla da Bakı metropoliteninin xətlərində yeni qatarların sayı 36-ya çatdırılacaq".


Telegram kanalımız
Chosen
4
2
yenisabah.az

3Sources