Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı Metropoliteninin parkında olan qatarların sayı uzun müddətdir ictimaiyyət arasında müzakirə mövzusudur.Sərnişin sıxlığı, xətlərin genişləndirilməsi planları və yeni stansiyaların açılması ilə bağlı tələbat fonunda mövcud qatarların sayı tez-tez gündəmə gətirilir.Maraqlıdır ki, son illərdə alınan yeni qatarların sayı nə qədərdir və daha neçə qatar gətirilməsi planlaşdırılır?Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Bakı Metropoliteni qatar parkının müasirləşdirilməsi istiqamətində işlərini davam etdirir:"Hazırda vaqon parkında 30 yeni nəsil qatar tərkibi istismar olunur. 2025-ci ildə alınması nəzərdə tutulmuş 4 qatar tərkibi artıq "Xocəsən" elektrik deposunda komplektləşdirmə və sazlama işlərinə cəlb edilib. Lakin istehsalçı ilə əldə olunmuş razılığa əsasən, Bakı metropoliteni üçün hər biri 5 vaqondan ibarət 2 qatar tərkibi də istehsal olunur. Həmin qatar tərkibləri də ilin sonuna qədər Bakıya gətirilərək, müvafiq komplektləşdirmə işlərinə cəlb ediləcək. Bununla da Bakı metropoliteninin xətlərində yeni qatarların sayı 36-ya çatdırılacaq".(baku.ws)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.