"Ardınca Yekaterinburqda Azərbaycan diasporunun üzvlərinə qarşı xoşagəlməz hadisələr yaşandı, Ukraynada SOCAR-ın anbarları vuruldu. Həştərxanda Baş nazir müavinləri səviyyəsində görüş keçirilib. Qarşı tərəf gərginlik istəmədiyini deyir, amma davranışlarından da münasibətlərin bərpası üçün bizdən addım atmağı gözlədikləri görünür. Ancaq gərginliyi azaltmaq üçün qarşı tərəf addım atmalıdır, biz də adekvat addım gözləyirik. Bu baş tutsa, vəziyyət də yaxşılaşa bilər".