EN

İsrail – İtaliya oyununda komandalar arasında kütləvi dava baş verdi

BAKI, 9 sentyabr. TELEQRAF

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İsrail – İtaliya oyununda komandalar arasında kütləvi dava baş verib.
Teleqraf xəbər verir ki, Macarıstanın Debretsen şəhərindəki neytral meydanda keçirilən matçın final fitindən sonra yaranan gərginlik çox keçmədən aradan qaldırılıb.

Bundan əlavə, oyunun əvvəlində italiyalı azarkeşlər İsrailin himni səsləndiyi anda nümayişkaranə şəkildə üzlərini meydandan çeviriblər. Daha sonra isə üzlərini geri çevirərək “Stop” yazılı plakatlar qaldırıb Qəzza sektorundakı münaqişənin dayandırılmasına çağırıblar.

Qeyd edək ki, qarşılaşmada İtaliya 5:4 hesabı ilə qalib gəlib.

Chosen
68
teleqraf.com

1Sources