Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Qerasimovun sentyabrın 8-də 70 yaşı tamam olması səbəbindən hərbi xidmət müddəti uzadılıb.
Herbiand.az bildirir ki, Rusiya Müdafiə Nazirliyinə yaxın iki mənbə “Vedomosti”yə müvafiq qərarın artıq qəbul edildiyini bildirib.
Qerasimov 2012-ci ilin noyabrında Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib.
Rusiyada ölkə başçısına ordu generalları və marşallarının 70 yaşına çatdıqda hərbi xidmət müddətinin uzadılmasına icazə verən qanunvericilik dəyişiklikləri 2021-ci ildə qəbul edilib. Elə həmin il prezidentin sərəncamları ilə 70 yaşdan yuxarı şəxslərə dövlət qulluğu müddətinin uzadılmasına imkan verən dəyişikliklər qəbul edilib.
Bəxtiyar CƏFƏRLİ