EN

Merts: Putinin imperialist planları Ukraynada bitməyəcək...

Almaniya kansleri vurğulayıb ki, Moskvanın genişlənmə ambisiyaları yalnız Ukraynanın ərazisi ilə məhdudlaşmayacaq və Avropa yeni tərəfdaşlıqlar axtarmalıdır...

Poliqon xəbər verir ki, Almaniya federal kansleri Fridrix Merk bildirib ki, Rusiya prezidenti Vladimir Putinin iddia edilən “imperialist planları” Ukrayna ilə məhdudlaşmayacaq, əksinə bu yalnız başlanğıc olacaq. Bu barədə məlumatı Sky News yayıb.

Merk Avropanı çağırıb ki, ABŞ ilə dəyişən münasibətlər fonunda öz maraqlarını yenidən qiymətləndirsin və dünya üzrə yeni tərəfdaşlıqlar axtarsın. Onun sözlərinə görə, Rusiyanın ambisiyaları yalnız Ukrayna ilə məhdudlaşmayaraq daha geniş geosiyasi təsir yaratmaq məqsədini daşıyır.

Qeyd edək ki, bundan əvvəl alman politoloq Aleksandr Rar bildirib ki, kansler Merkin Rusiyaya qarşı sərt ritorikası Kiyevə tam dəstək göstərmək istəyindən irəli gəlir. Rarın sözlərinə görə, Moskva və Berlin arasında münasibətlər son 80 ildə heç vaxt bu qədər gərgin olmayıb. Eyni zamanda, Merk hakimiyyəti dövründə Moskva ilə əməkdaşlıq üçün qapıların bağlı olduğunu göstərir.

Poliqon.info

Chosen
28
poliqon.info

1Sources