EN

Niko Uilyams sıradan çıxdı: "Qarabağ"a qarşı oynaya biləcək?

"Atletik"in və İspaniya millisinin yarımmüdafiəçisi Niko Uilyams zədələnib.

Publika.az xəbər verir ki, 23 yaşlı futbolçu 2026-cı il dünya çempionatının seçmə mərhələsində Türkiyəyə qarşı oyunun 44-cü dəqiqədə Feran Torreslə əvəzlənib. O, meydanı qasıq nahiyəsini tutaraq tərk edib.

Bilbao klubunun mətbuat xidməti Uilyamsın sol budun adduktor əzələsində orta dərəcəli zədə olduğunu açıqlayıb. "Marca" nəşrinin məlumatına görə, futbolçu təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Atletik" "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir. Bu komandalar oktyabrın 22-də, saat 20:45-də Bilbaoda üz-üzə gələcəklər.

Chosen
76
publika.az

1Sources