EN

"Pul gətirən", "sevgini cəlb edən", "ağrıları azaldan" daşlar - Möcüzə, yoxsa fırıldaqçılıq?

Pul gətirən, sevgini cəlb edən, ağrıları azaldan və hətta qan təzyiqini tənzimləyən daşlar...

Son vaxtlar bu siyahıya hamilə qadınları qoruduğuna inanılan daşlar da əlavə olunub.

Qulağa qeyri-adi gəlsə də, belə inanclara güvənib təbii daş mağazalarından alış-veriş edən, özünə "uyğun daş" seçənlərin sayı az deyil.

Bəs bu iddiaların elmi əsası varmı? Daşların həqiqətən də belə gücləri ola bilərmi?

Psixoloq Vüsalə Əmiraslanova bildirir ki, insanın psixoloji problemi olduqda müalicə yalnız mütəxəssislərin birgə fəaliyyəti ilə mümkündür:

"Əgər biz həmin insana desək ki, get daşı al, yaxşılaşacaqsan, o heç kimə inanmayacaq. Çünki bu halda problem onun psixi durumundadır və müalicə olunmalıdır".

Chosen
45
6
publika.az

7Sources