EN

Xalq rəssamı VƏFAT ETDİ - FOTO

Azərbaycanın Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rəssamın yaxınları sosial mediada məlumat yayıblar.

Qeyd edək ki, Nazim Bəykişiyev bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi.

Xatırladaq ki, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, eləcə də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı və baş rəssamı olub.

Chosen
16
27
bakivaxti.az

10Sources