AZ

Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib

Xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev vəfat edib.

Bu barədə APA-ya onun yaxınları məlumat verib.

Ailə üzvlərinin verdiyi məlumata görə, xalq rəssamı dünən gecə yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, Nazim Bəykişiyev bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi.

Xatırladaq ki, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, eləcə də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı və baş rəssamı olub.

AzPost.az

Seçilən
39
18
azpost.info

10Mənbələr