EN

Putin Gerasimovu “İgidliyə görə” ordeni ilə təltif etdi

BAKI, 8 sentyabr. TELEQRAF

Rusiya prezidenti Vladimir Putin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu “İgidliyə görə” ordeni ilə təltif edib.

Teleqraf xəbər verir ki, Putinin bununla bağlı imzaladığı sərəncamda qeyd olunur:

“Hərbi borcunu yerinə yetirərkən göstərdiyi şücaət və fədakarlığa görə ordu generalı Valeri Vasilyeviç Gerasimov “İgidliyə görə” ordeni ilə təltif edilsin”.

Chosen
63
6
teleqraf.com

10Sources