EN

Qəzzanı tərk edin! - Netanyahudan XƏBƏRDARLIQ

İsrail ordusu yaxın vaxtlarda Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, bununla əlaqədar yerli sakinlər oranı dərhal tərk etməlidirlər.

News24.az xəbər verir ki, bunu İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu qeyd edib.

Onun ofisi hökumət başçısının videomüraciətini yayıb.

Netanyahu xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə çoxmərtəbəli binanı dağıdıb.

"Bütün bunlar yalnız bir başlanğıcdır. Fürsətdən istifadə edərək Qəzza sakinlərinə deyirəm: Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!", - Netanyahu bildirib.

Chosen
86
3
news24.az

10Sources