AZ

Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırdı

İsrail ordusu yaxın vaxtlarda Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, bununla əlaqədar yerli sakinlər oranı dərhal tərk etməlidirlər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahunun videomüraciətində belə deyilir.

 

O xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə çoxmərtəbəli binanı dağıdıb.

 

"Bütün bunlar yalnız bir girişdir, əsas intensiv hərəkətin - indi toplaşan və hazırlaşan əsgərlərimizin Qəzza şəhərində quru manevridir. Bu baxımdan fürsətdən istifadə edib Qəzza sakinlərinə deyirəm: Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!", - Netanyahu bildirib.

Seçilən
36
13
senzor.az

10Mənbələr