EN

Ben Uayt əsas heyətə qayıda bilər

“Arsenal”ın müdafiəçisi Ben Uayt bu həftə komandasına qoşula bilər.

90deqiqe.Az-ın məlumatına görə, London klubu futbolçunun tezliklə sağalacağına dair nikbindir.

Qeyd edək ki, Uayt Premyer Liqanın ilk turunda səfərdə “Mançester Yunayted”lə oyunda zədələnmişdi. Həmin görüşdə “Arsenal” 1:0 hesabı ilə qalib gəldi. Daha sonra Uayt “Lids” (5:0) və “Liverpul” (0:1) matçlarını buraxdı.

Bundan əlavə, “Arsenal”da zədəlilər sırasında hücumçular Kai Haverts və Qabi Jesus, müdafiəçi Vilyam Saliba, vinger Bukayo Saka, həmçinin yarımmüdafiəçi Kristian Norqor da var.

Chosen
64
90deqiqe.az

1Sources