EN

Nepalda etiraz aksiyaları zamanı 14 nəfər ölüb

Nepalda etiraz aksiyası zamanı polisin atəş açması nəticəsində təxminən 14 nəfər həlak olub.

Bu barədə The Kathmandu Post məlumat yayıb.

Bundan əvvəl Nepal hakimiyyəti müəyyən edilmiş müddətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən bir sıra əsas sosial media platformalarına qadağa qoyub. Qadağan edilmiş platformalara Meta, Alphabet (YouTube), X (keçmiş Twitter), Reddit və LinkedIn daxildir. Parlamentdə əsas müxalifət partiyası olan Nepal Kommunist Partiyasının (Maoçu Mərkəzi) yüksək səviyyəli partiya təşkilatçısı Hit Raj Pandey qərarı qəbuledilməz adlandırıb və sosial medianın bağlanmasının ölkədə xaosa səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Yeni Baneşvara toplaşan yerli sakinlər hökumətdən narazılıqlarını ifadə ediblər. Onlar sosial mediaya qoyulan məhdudiyyətlərə və hökumətin korrupsiyasına etiraz edirdilər və polisin sərt təzyiqinə məruz qalıblar.

Chosen
96
aznews.az

1Sources