EN

Tramp ABŞ-da qətlə yetirilmiş 23 yaşlı ukraynalı qadınla bağlı açıqlama verdi

ABŞ Prezidenti Donald Tramp 23 yaşlı ukraynalı qaçqın İrina Zaruçskayanın qətlindən sonra açıqlama verib.

Zaruçskaya genişmiqyaslı Ukrayna müharibəsi başlayandan sonra ABŞ-a köçmüşdü.

Editor.az xəbər verir ki, Fox News-in məlumatına görə, jurnalistlər prezidentə İrina Zaruçskayanın metroda bıçaqlanaraq öldürülməsini əks etdirən videonun mövcudluğu barədə sual veriblər.

Tramp bildirib:
“Bu dəhşətlidir. Mən bundan xəbərsiz idim. Videonu izləyib bütün təfərrüatları sabah səhərə qədər öyrənəcəyəm”, — deyə ABŞ Prezidenti qeyd edib və hadisənin bütün təfərrüatlarının araşdırılacağını vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
116
editor.az

1Sources