ABŞ Prezidenti Donald Tramp 23 yaşlı ukraynalı qaçqın İrina Zaruçskayanın qətlindən sonra açıqlama verib.
Zaruçskaya genişmiqyaslı Ukrayna müharibəsi başlayandan sonra ABŞ-a köçmüşdü.
Editor.az xəbər verir ki, Fox News-in məlumatına görə, jurnalistlər prezidentə İrina Zaruçskayanın metroda bıçaqlanaraq öldürülməsini əks etdirən videonun mövcudluğu barədə sual veriblər.
Tramp bildirib:
“Bu dəhşətlidir. Mən bundan xəbərsiz idim. Videonu izləyib bütün təfərrüatları sabah səhərə qədər öyrənəcəyəm”, — deyə ABŞ Prezidenti qeyd edib və hadisənin bütün təfərrüatlarının araşdırılacağını vurğulayıb.
//Samir Qurbanov, Editor.az