EN

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! Kranlar evin üzərində... - Video

"Nizami City" yaşayış kompleksi vətəndaşı razı salmadan, bütün kommunikasiya xətlərini kəsib.

Bu barədə "Sitat.info"ya 6-cı paralel küçədə yaşayan sakin Yasamən İbrahimova danışıb.

Y.İbrahimova bildirdi ki, şirkət kommunal xətləri kəsməklə onu evindən didərgin salmaq istəyirlər: "Nizami City" yaşayış kompleksinin nümayəndələri məni köçürməmiş vermədən tikinti-söküntü işləri aparırlar. Evdə azyaşlı da var. Hər tərəfimizdə gedir.

Səs-küydən ağız deyəni qulaq eşitmir. Qorxuruq, hər an faciə baş verə bilər. Evimizin dördbiryanında xəndəklər qazıblar. Hündür hasarlar çəkiblər. Biz deyirlər ki, sizi 1-2 aylıq başqa əraziyə köçürək.  Sabah evimizi sökdülər, bunlara güvən yoxdur.

Kompensiasya versinlər, sonra bizi köçürsünlər".

Sitat.info həmin görüntüləri təqdim edirik:

 

 

Chosen
43
2
sitat.info

4Sources