EN

Ceyhun Bayramov Cibuti Respublikasının Xarici İşlər Nazirliyinin baş katibi Məhəmməd Əli Həsən ilə görüşüb

8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasınınxarici işlər naziri Ceyhun Bayramov Cibuti Respublikasının Xariciİşlər Nazirliyinin baş katibi Məhəmməd Əli Həsəni qəbul edib.

Görüş zamanı, Azərbaycan və Cibuti arasında ikitərəfliəməkdaşlığın perspektivləri, çoxtərəfli formatlarda tərəfdaşlıqməsələləri müzakirə olunub.

İqtisadiyyat, ticarət, humanitar, təhsil və s. istiqamətlər üzrəəməkdaşlığın geniş perspektivləri olduğu vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BirləşmişMillətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatıçərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davametdirilməsinin əhəmiyyəti qeyd olunub. 2026-cı ildə ölkəmizdəkeçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün vənövbəti iki il ərzində sədrliyimizin əməkdaşlıq üçün əlavə imkanlaryaratdığı bildirilib.

Görüş zamanı, ötən ay Vaşinqton şəhərində baş tutmuş görüş vəəldə olunan razılıqların əhəmiyyəti qeyd edilib,Azərbaycan-Ermənistan sülh prosesinin təşəbbüskarı olan ölkəmizinbundan sonra da sülh gündəliyinin irəlilədilməsi istiqamətindəsəylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, həmçinin Azərbaycan və Cibutinin Xarici İşlərNazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasiməsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirininmüavini Yalçın Rəfiyev, Cibuti tərəfindən isə Xarici İşlərNazirliyinin baş katibi Məhəmməd Əli Həsən rəhbərlik edib.

Chosen
29
12
az.trend.az

10Sources