EN

Los-Anceles polisi Kamala Harrisin mühafizəsini dayandırdı

Los-Anceles polisi 6 sentyabr tarixindən ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harrisin təhlükəsizliyini təmin etməyi dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Los Angeles Times” məlumat yayıb.

Qəzet yazır ki, qərar ictimai narazılıq səbəbindən qəbul edilib. Tramp Harrisi dövlət mühafizəsindən məhrum etdikdən sonra onun təhlükəsizliyi müvəqqəti olaraq Los-Anceles polisinin 12 əməkdaşına həvalə olunub.

Bu addım həm mətbuat, həm də hüquq-mühafizə dairələrində kəskin tənqid olunub. Los-Anceles Polis İttifaqı bunu “dəli bir qərar” adlandıraraq şəhər sakinlərinin təhlükəsizliyini qorumağa məsul olan əməkdaşların “seçkilərdə uğursuz olmuş, multimilyoner, bir neçə evin sahibi və öz təhlükəsizliyini asanlıqla təmin edə biləcək” şəxs üçün yönləndirilməsini pisləyib.

Musavat.com

Chosen
8
musavat.com

1Sources