EN

ABŞ Avropaya özündən başlamağı tövsiyə edib

AzVision.az xəbər verir ki, ABŞ-nin Energetika naziri Kris Rayt Böyük Britaniyanın “Financial Times” nəşrinə müsahibəsində belə deyib.

Amerikalı nazir enerji ixracından əldə olunan gəlirlərin Rusiyaya hərbi əməliyyatları maliyyələşdirməyə imkan verdiyini diqqətə çatdırıb.

“Əgər avropalılar xətt çəkib “biz daha Rusiya qazını almayacağıq, Rusiya neftini də almayacağıq” deyərək, bunun ABŞ-nin sanksiyalarının daha aqressiv olmasına müsbət təsir göstərə biləcəyini soruşsaydılar, “sözsüz” cavabını alardılar”,- Rayt vurğulayıb.


O, Rusiyanın enerji ehtiyatlarını Amerika istehsalı olan maye qaz ( LNG), benzin və digər yanacaq növləri ilə əvəz etmək təklifini səsləndirib.

NBC:“Tramp Putinlə münasibətləri korlamaq istəmir”
Raytın fikrincə, bu, Aİ-yə 2028-ci ilin sonuna kimi Amerikanın 750 milyard dollar dəyərində enerji resurslarının alınmasını nəzərdə tutan ABŞ ilə ticarət sazişinin şərtlərini yerinə yetirməyə imkan verərdi. İqtisadi baxımdan bu variant Vaşinqton və Avropanın özü üçün faydalı görünür.

- Avropa ona rəqib yox, müttəfiq olan etibarlı enerji təchizatçıları ilə əməkdaşlığa can atmalıdır. Rusiya-Ukrayna müharibəsinə son qoyulması isə Tramp administrasiyası, eləcə də Avropa İttifaqı (Aİ) üçün əsas prioritet olaraq qalır”, - Kris Rayt bildirib.

Associated Press agentliyinin (APA) məlumatına görə, Aİ-nin sanksiyalar siyasəti üzrə koordinatoru Devid O'Sallivanın rəhbərlik etdiyi Avropa rəsmilərindən ibarət nümayəndə heyəti sentyabrın 8-də ABŞ Maliyyə nazirliyinə səfər etməyi planlaşdırır. Tərəflər Rusiyaya mümkün iqtisadi təzyiq tədbirlərini, o cümlədən yeni məhdudiyyətlərin tətbiqini müzakirə edəcəklər.

Xatıtrladaq ki, Qərb mediasının yazdığına görə, bir neçə gün əvvəl Zelenski və Avropa liderləri ilə telefon danışığı aparan Donald Tramp“Avropa müharibəni maliyyələşdirən Rusiya neftini almağı dayandırmalıdır”şərtini irəli sürüb

Sahil İsgəndərov
AzVision.az
Chosen
26
1
azvision.az

2Sources