EN

Vəngli sakini: Övladlarım kəndimizə öz ailələri ilə qayıdırlar

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağdərə rayonunun Vəngli kənd sakini övladlarının doğma yurda sevinclə qayıtdıqlarını bildirib.

Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında kənd sakini Raya Baxşalıyeva deyib.

O, doğma kəndə qayıdacaqları günü illərlə gözlədiyini söyləyib:

"Altı övladımdan dördü Vənglidə anadan olub. Kəndimizi çox ağır vəziyyətdə tərk etmişdik. Bizim üçün çox əlamətdardır ki, övladlarımın dördü kəndə öz ailəsi ilə qayıdır.

Çox sevincliyik, bu günü illərlə gözləmişdik. Nəhayət, arzularımız çin oldu. Həm də ona görə qürurluyam ki, övladlarım kiçik yaşlarında tərk etdikləri, çox da xatırlamadıqları kəndimizə böyük sevinc hissi ilə dönürlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
55
oxu.az

1Sources