EN

“ASAN xidmət” əməkdaşlarının qış formalarına 1,1 milyon xərclənəcək

BAKI, 8 sentyabr. TELEQRAF

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) əməkdaşları üçün yeni qış geyim formaları alacaq.

Teleqraf xəbər verir ki, xidməti geyimlərinin alınmasına 1 milyon 161 min 88 manat vəsaitin xərclənməsi planlaşdırılır.

Qeyd edək ki, əməkdaşlar üçün 1110 dəst kişi kostyumu, 1708 dəst qadın kostyumu, 1096 ədəd loqolu kişi qalstuku, 1708 ədəd loqolu qadın şarfı, 2206 ədəd uzunqol kişi köynəyi və 3416 ədəd uzunqol qadın köynəyinin alınması nəzərdə tutulur.

Chosen
63
teleqraf.com

1Sources