EN

Cengiz Ünder “Beşiktaş”a icarəyə verildi

Türkiyənin tanınmış klublarından biri olan “Fənərbağça”da növbəti ayrılıq baş verib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  komandanın yarımmüdafiəçisi Cengiz Ünder 2025/2026-cı il mövsümünün sonunadək satınalma şərti ilə “Beşiktaş”a icarəyə verilib.

2023-cü ildən “sarı-lacivərdlilər”in heyətində çıxış edən Cengiz Ünder bu müddət ərzində həm daxili, həm də beynəlxalq turnirlərdə komandanın vacib oyunçularından biri olub.

Bu keçidlə bağlı hər iki klub arasında razılıq əldə olunub və futbolçunun “Beşiktaş”dakı çıxışı ilə bağlı yekun qərar mövsüm sonunda veriləcək.

Qeyd edək ki, Cengiz Ünder daha əvvəl İtaliya A Seriyasında “Roma”, Fransada isə “Marsel” kimi klubların formasını geyinib və Türkiyə milli komandasında da uğurlu çıxışı ilə tanınır.

Chosen
36
5
90deqiqe.az

10Sources