EN

İranda “Ermənistan guşəsi” açıldı

İran Milli Kitabxanası və Arxivində Ermənistanın tarixi və mədəniyyətinə dair 60-a yaxın kitabın təqdim olunacağı “Erməni guşəsi” açılıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, təntənəli açılış nazir Janna Andreasyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyətinin İrana səfəri zamanı baş tutub. Nazirlik artıq 15 kitabı İran tərəfinə təhvil verib.

Təşəbbüs Mesrop Maştots adına Qədim Əlyazmalar Elmi-Tədqiqat İnstitutunun – Matenadaranın təklifi və Ermənistanın İran İslam Respublikasındakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Chosen
51
publika.az

1Sources