EN

ABŞ səfirinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib-"Qalıqlar hələ ordadır" /FOTO

ABŞ-nin Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers AZAL -a məxsus sərnişin təyyarəsinin Aktaudakı qəzaya uğradığı yeri ziyarət edib.

AzPost bildirir ki, bu barədə ABŞ səfirliyi məlumat verib.

Məlumatda deyilir ki, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC)  nümayəndə heyəti “Orta Dəhliz” marşrutu ilə bağlı səfərinin Qazaxıstan mərhələsini yekunlaşdırıb.

Aktaudan yola düşməzdən əvvəl ABŞ -Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov və ABŞ-nin Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers AZAL-a məxsus sərnişin təyyarəsinin qəza yerində qoyulan xatirə lövhəsini ziyarət ediblər.

“Biz bu faciədə həyatını itirən mülki şəxslərin əziz xatirəsini ehtiramla yad etdik. Hadisənin qalıqları hələ də ərazidə səpələnmiş halda qalır və bu mənzərə itirilmiş həyatların kədərli bir xatirəsidir”-deyə məlumatda bildirilir.

AzPost.az

Chosen
34
7
azpost.info

10Sources