BAKI, 8 sentyabr. TELEQRAF
"Sabah bizi ağır oyun gözləyir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli evdə Ukrayna ilə DÇ-2026-nın seçmə mərhələsi oyunundan öncə mətbuat konfransında deyib.
28 yaşlı hücumçu rəqibin Bakıdan qələbə ilə dönmək istədiyində olacağını söyləyib:
"Ukrayna yığması usta futbolçulardan ibarət təcrübəli komandadır. Onlar ilk oyunda məğlub olduqları üçün Bakıdan qələbə ilə dönmək istəyində olacaqlar. Biz isə İslandiyada aldığımız ağır məğlubiyyəti xalqımıza unutdurmağa çalışacağıq".