AZ

Mahir Emreli: Ağır məğlubiyyəti xalqımıza unutdurmağa çalışacağıq

BAKI, 8 sentyabr. TELEQRAF

"Sabah bizi ağır oyun gözləyir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli evdə Ukrayna ilə DÇ-2026-nın seçmə mərhələsi oyunundan öncə mətbuat konfransında deyib.

28 yaşlı hücumçu rəqibin Bakıdan qələbə ilə dönmək istədiyində olacağını söyləyib:

"Ukrayna yığması usta futbolçulardan ibarət təcrübəli komandadır. Onlar ilk oyunda məğlub olduqları üçün Bakıdan qələbə ilə dönmək istəyində olacaqlar. Biz isə İslandiyada aldığımız ağır məğlubiyyəti xalqımıza unutdurmağa çalışacağıq".

Seçilən
80
teleqraf.com

1Mənbələr