EN

ABŞ və Çin arasında ticarət dövriyyəsi kəskin azalıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yanvar-avqust aylarında Çin və ABŞ arasında ticarətinin həcmi illik müqayisədə 14.4% azalaraq təxminən 380 milyard dollara düşüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Pekinin tədarükləri (15.5%) Vaşinqtondan (11%) daha sürətli azalıb, lakin ikitərəfli ticarət dövriyyəsindəki Çin ixracının dəyəri hələ də ABŞ-dən təxminən üç dəfə çoxdur - 282.95 milyard dollara qarşı 97.11 milyard dollar.
2024-cü ilin ilk səkkiz ayında Çinin ABŞ ilə ticarət profisiti 17.2%, avqustda isə Çindən ölkəyə tədarüklər daha da kəskin - 33% azalıb. Bu, aprelin əvvəlində Donald Tramp administrasiyasının başlatdığı tarif müharibəsi fonunda baş verib, o zaman Çinin ABŞ-yə ixracı bir ayda 21% azalıb.
Chosen
47
50
oxu.az

10Sources