EN

Abramoviç korrupsiyada və çirkli pulların yuyulmasında ittiham olunur

 

Roman Abramoviç Cersi adasında korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilinərək istintaqa cəlb olunub.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, istintaq rusiyalı iş adamının sərvətinin mənşəyini və bank əməliyyatlarını araşdırır.

Müstəntiqlər iş adamının 1990-2000-ci illərdə Rusiyada necə varlandığını öyrənməyə çalışırlar.

İstintaq zamanı adanın səlahiyyətliləri oliqarxla əlaqəsi ola biləcək İsveçrədəki bank hesabları haqqında məlumat istəyib.

Birinci şübhə Abramoviçin 2005-ci ildə “Sibneft”in 13 milyard dollara satışından əldə etdiyi vəsaitlərin mümkün yuyulması ilə bağlıdır.

İkinci hal sanksiyaların potensial pozulması ilə əlaqəlidir - söhbət biznesmenin 2022-ci ildə Cersinin sanksiya siyahısına daxil edilməsindən sonra həyata keçirilən pul köçürmələrindən gedir.

Abramoviç vəkilləri vasitəsilə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Musavat.com

Chosen
24
1
musavat.com

2Sources