Olaylar.az ArbatMedia saytına istinadla xəbər verir ki, istintaq rusiyalı iş adamının sərvətinin mənşəyini və bank əməliyyatlarını araşdırır.
Müstəntiqlər iş adamının 1990-2000-ci illərdə Rusiyada necə varlandığını öyrənməyə çalışırlar.
İstintaq zamanı adanın səlahiyyətliləri oliqarxla əlaqəsi ola biləcək İsveçrədəki bank hesabları haqqında məlumat istəyib.
Birinci şübhə Abramoviçin 2005-ci ildə "Sibneft"in 13 milyard dollara satışından əldə etdiyi vəsaitlərin mümkün yuyulması ilə bağlıdır.
İkinci hal sanksiyaların potensial pozulması ilə əlaqəlidir - söhbət biznesmenin 2022-ci ildə Cersinin sanksiya siyahısına daxil edilməsindən sonra həyata keçirilən pul köçürmələrindən gedir.
Abramoviç vəkilləri vasitəsilə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.