EN

Rusiyada Azərbaycan vətəndaşı saxlanıldı

Azərbaycan vətəndaşı Rusiyada “terror aktları” hazırlamaq iddiası ilə saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB) yerli KİV-ə bildirilib.

Qurumun iddiasına görə, guya o, Rusiyada qadağan olunmuş “Ukrayna terror təşkilatı”na qoşulub. “Təşkilatın rəhbərlərinin göstərişi” ilə “terror aktları və təxribat törətmək üçün” nəzərdə tutulmuş bir neçə obyektdə kəşfiyyat işləri aparıb. Söhbətin Stavropol və Yessentukidə hüquq-mühafizə orqanlarının binaları və nəqliyyat infrastrukturundan gedir.

Chosen
45
teleqraf.com

1Sources